Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
28 Fevral 2022 18:30 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 vaksin vurulub.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32, üç və daha çox doza vaksinlərin sayı 0, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 0 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 982 387, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 298 628, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 784 882, üç və daha çox doza vaksinlərin sayı 2 694 562, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 204 315 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31