Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb
28 Fevral 2022 18:26 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 1090 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 785 670 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 765 373 nəfər müalicə olunaraq sağalıb, 9417 nəfər vəfat edib, aktiv xəstə sayı 10 880 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3860, ötən müddət ərzində isə ümumilikdə 6 554 964 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31