"Xüsusi qayğıya ehtiyacı olan uşaqların gələcəyi naminə" layihəsinə start verilib

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Xüsusi qayğıya ehtiyacı olan uşaqların gələcəyi naminə" İctimai Birliyi tərəfindən "Autizm spektr pozuntusu və daun sindromundan əziyyət çəkən, o cümlədən digər həssas qruplara aid edilən şəxslərin sosial-tibbi və psixoloji reabilitasiyası" layihəsinə start verilib. 4 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində aztəminatlı ailələrin autizm və daun sindromlu övladlarına psixoloji reabilitasiya dəstəyi həyata keçiriləcək. 28 fevral 2022-ci il tarixində layihə benefisiarları ilə görüş təşkil edilib. Görüş zamanı, benefisiar ailələrə layihənin məqsədi, müddəti və digər təşkilati-texniki məlumatlar verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31