Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 208 vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1552, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1372, üç və daha çox doza vaksinlərin sayı 20 744, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 1540 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 982 355, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 298 628, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 784 850, üç və daha çox doza vaksinlərin sayı 2 694 562, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 204 315 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31