Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1041 yeni yoluxma faktı qeydə alınıb, 2693 nəfər müalicə olunaraq sağalıb.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 785 301 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 764 283 nəfər müalicə olunaraq sağalıb, 9400 nəfər vəfat edib, aktiv xəstə sayı 11 618 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7849, ötən müddət ərzində isə ümumilikdə 6 551 104 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31