Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
26 Fevral 2022 21:47 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 509 vaksin vurulub.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2026, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1667, üç və daha çox doza vaksinlərin sayı 25 274, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 1542 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 957 147, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 297 076, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 783 478, üç və daha çox doza vaksinlərin sayı 2 673 818, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 202 775 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31