Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
25 Fevral 2022 18:40 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 830 vaksin vurulub.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2042, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1525, üç və daha çox doza vaksinlərin sayı 24 771, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 1492 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 926 638, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 295 050, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 781 811, üç və daha çox doza vaksinlərin sayı 2 648 544, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 201 233 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31