İstanbul Universitetində Xocalı soyqırımı anılacaq
24 Fevral 2022 17:26 Sosial
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu fevralın 24-dən 26-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq. Deputatımız İstanbul Universitetində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım mərasimində iştirak edəcək.
Tədbirdə bəşəriyyətə qarşı ən böyük cinayətlərdən biri olan Xocalı soyqırımının qurbanları anılacaq, hadisəni əks etdirən fotolar və sənədlər iştirakçıların diqqətinə çatdırılacaqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31