Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 591 vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2209, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1509, üç və daha çox doza vaksinlərin sayı 27 210, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 1663 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 896 808, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 293 008, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 780 286, üç və daha çox doza vaksinlərin sayı 2 623 773, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 199 741 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31