Mərdlikdən deyil!
24 Fevral 2022 10:48 SosialGur çeşmənin axar gözü bir olar,
İnsan övladının üzü bir olar.
Həm əməli, həm də sözü bir olar,
Deyib dəbbələmək mərdlikdən deyil!
***
Cahillərin sifətləri min olar,
Qəlbindəki küdurətli kin olar.
Şər deməklə arzuları çin olar,
Şərlə ləkələmək mərdlikdən deyil!
***
Tanrını sevənlər nura qərq olar,
Kəc baxanın hər bir işi dərd olar.
Mərdi çox qovarsan o, namərd olar,
Mərdi namərd etmək mərdlikdən deyil!
Cəfər Cabbarlı ev-muzeyinin böyük elmi-işçisi,
jurnalist Əlibalayeva Gülnarə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31