Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 141 vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2502, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1770, üç və daha çox doza vaksinlərin sayı 29 929, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 1940 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 864 217, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 290 799, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 778 777, üç və daha çox doza vaksinlərin sayı 2 596 563, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 198 078 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31