Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1979 yeni yoluxma faktı qeydə alınıb, 7198 nəfər müalicə olunaraq sağalıb.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 779 783 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 749 524 nəfər müalicə olunaraq sağalıb, 9157 nəfər vəfat edib, aktiv xəstə sayı 20 952 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 506, ötən müddət ərzində isə ümumilikdə 6 511 864 test aparılıb.

Azərbaycanda 1 979 nəfər COVID-19-a yoluxub, 27 nəfər vəfat edib - Gallery Image

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31