Ölüm anında insan beynində nələr baş verdiyi məlum olub
23 Fevral 2022 16:12 SosialOlaylar.az xarici KİV-ə istinadən xəbər verir kİ, insanın ölüm anında bədənində baş verən hadisələr elmin ən çox maraqlandığı mövzular sırasındadır... Alimlər ilk dəfə ölüm anında beyin fəaliyyətini görüblər.
"Rt.com"un xəbərinə görə, elm adamları 87 yaşlı epilepsiya xəstəsinin infarktdan sonra ölüm anında qeydə alınan Elektroensefaloqrafiya (EEQ) sayəsində beyin fəaliyyətini araşdırıblar.
Alimlər müəyyən ediblər ki, ölən insanın beyin funksiyaları insan beyni ilə eyni fəaliyyətlə məşğul olur və onlar yuxuda görən, keçmişi xatırlayan və ya meditasiya edir.
87 yaşında dünyasını dəyişən şəxsin beyin fəaliyyəti 15 dəqiqə davam edib. Bu inkişaf ölüm anında baş verənlərlə bağlı bilinməyənlərə də işıq sala bilər.
Araşdırma qrupundan Dr. Ajmal Zemmar, ölümdən əvvəl beynin insan həyatındakı mühüm anları sonuncu dəfə xatırlaya biləcəyinə diqqət çəkib.
Zemmar, beyin fəaliyyətinin həyatın nə vaxt bitəcəyi və orqan bağışlama vaxtı ilə bağlı təsəvvürləri dəyişdirə biləcəyinə diqqət çəkib.
Araşdırmanın nəticələri "Frontiers in the Neuroscience of Aging" jurnalında dərc olunub.