Əhməd İsmayılov Dan Maysonu qəbul edib
23 Fevral 2022 16:03 SosialMedianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov beynəlxalq media mütəxəssisi və təlimçisi Dan Maysonu qəbul etmişdir.
Fevralın 23-də Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov beynəlxalq media mütəxəssisi və təlimçisi Dan Maysonu qəbul etmişdir. Görüşdə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələrək ölkədə media sahəsində həyata keçirilən islahatlar və "Media haqqında qanun" barədə fikir mübadiləsi aparılmış, həmçinin peşəkarlığın artırılması istiqamətində təşkil olunan layihələrə xarici ekspertlərin cəlb olunması imkanları müzakirə olunmuşdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31