Qurd xəstəliyi olan uşaqların sayı açıqlandı

"Azərbaycanda uşaqlar arasında ən çox quyruq növ kimi adlandırılan enterobioz qurd növünə rast gəlinir. Askarid qurdları isə ikinci sırada gəlir"."Olaylar" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov açıqlayıb. Həkimin sözlərinə görə, qurdların aşkarlanması üçün nəcis analizi olduqca vacibdir: "Burada laborator müyainələr də çox önəmlidir".

E.Rəhimov əlavə edib ki, uşaqlar əksər hallarda 3-12 yaşlarında qurd xəstəliklərinə yoluxurlar: "Ötən ilin rəqəmlərinə gəlincə, 434 minə yaxın uşağın analizi aparılıb, onlardan 32 911 uşaqda qurd invaziyası aşkar edilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31