Mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın İşçi qrupunun birinci iclası keçirilib
23 Fevral 2022 15:29 SosialFövqəladə Hallar Nazirliyində Azərbaycan Respublikası Baş nazirinin müvafiq sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın İşçi qrupunun birinci iclası keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanovun sədrliyi ilə keçirilən İşçi qrupun iclası mülki müdafiə planının hazırlanması ilə əlaqədar məsələlərin müzakirəsinə həsr olunub. İclasda işçı qrupun üzvləri aidiyyəti üzrə görüləcək işlər barədə ətraflı danışıb, təkliflər səsləndirilib, geniş fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31