Himayədar ailələrə sosial dəstək göstəriləcək

Himayədər ailə modelində ana məqsəd uşaqların sosial xidmət müəssisələrinə düşməməsi, ailədə böyüməsidir. Həmin ailələrə dövlətin müvafiq sosial xidmət dəstək mexanizmləri müəyyən edilib və bu mexanizmlər çərçivəsində o ailələrə dəstək veriləcək. "Olaylar"ın məlumatına görə, bunu jurnaılistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, əgər himayədar ailə metodu çalışmayacaqsa, uşaq sosial xidmət müəssisəsinə yerləşdiriləcək və həmin uşağın övladlığa verilməsi istiqamətində işə başlanılacaq: "Dövlətin burada niyyəti və məqsədi birmənalı olaraq mümkün qədər uşaqların sosial xidmət müəssisələrində böyüməməsidir. Burada birincisi uşağın öz ailəsində qalması üçün sosial dəstəyin göstərilməsi, bu alınmayanda himayədar ailə mexanizminin işə düşməsi, bu da alınmayanda övladlığa verilməsi mexanizmidir. Valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş hər bir uşaqla bağlı bu proses izləniləcək. Düşünürük ki, bu mexanizm dünyada olduğu kimi Azərbaycanda da uğurlu nəticə verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31