Narkomanların COVID-19-a yoluxma riski yüksəkdir
22 Fevral 2022 11:49 SosialBəzi mütəxəsisslər narkotik maddələrdən asılılığı olan şəxslərin COVID-19 infeksiyasını daha ağır keçirdiklərini qeyd edirlər."Olaylar"ın məlumatına görə, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov bildirib ki, narkotik asılılıq immunitet zəifliyinə səbəb olur: "Ümumiyyətlə, narkotik istifadəçiləri QİÇS və bir çox infeksion xəstəliklərə yoluxma riski xeyli yüksəkdir. Bəşəriyyətin hazırda bir nömrəli bəlasına çevrilən COVID-19 pandemiyası dövründə narkotik istifadəçiləri yüksək risk qrupuna daxildilər. Eyni zamanda, asosial davranışları nəticəsində infeksiyanın yayılmasına (karantin rejiminə riayət etməməklə) səbəb ola bilərlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31