Belçikada Xocalı faciəsinin 30-cu ildönümü qeyd ediləcək
21 Fevral 2022 11:27 SosialXocalı soyqırımının 30-cu ildönümü Azərbaycanla yanaşı dünyanın əksər ölkələrində də qeyd ediləcək. Azərbaycan-Belçika Dostluq Cəmiyyətindən "OLAYLAR"-a bildirilib ki, bu məqsədlə fevralın 24-də Brüsseldə anım tədbiri təşkil olunacaq. Xocalı qurbanlarını anma proqramı və faciənin 30-cu ildönümünə həsr olunmuş tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.
Cəmiyyətdən bildirilib ki, Xocalı qurbanlarını anma proqramları Gent və Den Haqq şəhərlərində də baş tutacaq. Azərbaycan nümayəndə heyətinin iştirakı ilə fevralın 25-də Gent, fevralın 26-da isə Den Haqq şəhərlərində faciə qurbanlarına həsr olunmuş tədbir keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31