Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
21 Fevral 2022 18:41 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 88 vaksin vurulub.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 71, üç və daha çox doza vaksinlərin sayı 5, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 0 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 787 678, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 285 339, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 775 034, üç və daha çox doza vaksinlərin sayı 2 533 323, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 193 982 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31