Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1038 yeni yoluxma faktı qeydə alınıb, 3324 nəfər müalicə olunaraq sağalıb.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 775 432 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 737 710 nəfər müalicə olunaraq sağalıb, 9261 nəfər vəfat edib, aktiv xəstə sayı 28 461 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5683, ötən müddət ərzində isə ümumilikdə 6 491 040 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31