Yardımlıda Xocalı soyqırımının il dönümü ilə əlaqədar tədbir keçrilib

Yardımlı rayon tarix­-diarşunaslıq muzeyində Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş "Xocalı qan yaddaşımızdır adlı tədbir keçrilmişdir. "Olaylar" xəbər verir ki, öncə Vətənin ərazi bütövlüyu uğrunda canlarından keçmiş Şəhidlərimizin və xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən muzeyin baş fond mühafizi İlqar Həsənov Xocalı soyqırımı haqqında məruzə edərək bildirdi : "Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu...".

Digər çıxış edən əməkdaşlardan Anar Baloğlanlı, Əlisafa Əhmədov, Amil Xamiyev  bildirmişdir ki,   Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31