Milli genefondun qorunmasına dair elmi konfrans keçiriləcək

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinın maliyyə yardımı ilə 17 Aprel Dünya Hemofiliya Gününə həsr edilmiş Hemofiliya və digər Qeyri İnfeksion Genetik Xəstəliklərə Qarşı  Milli Genofondun Sağlamlığının Qorunmasına dair Elmi - Praktik Konfras keçiriləcək. "Olaylar" xəbər verir ki, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. Elmi-praktik konfranda Hemofiliya və digər müxtəlif qeyri infeksion və əsasən koaqulopatiyaların genetik şəcərəsindən, müalicəsindən və qeyd edilən xəstəliklərin qarşısının alınması məqsədi ilə lazımi atılan addımlar haqqında geniş məruzələr tanınmış elmi dərəcəli həkimlər tərəfindən veriləcək. Elmi-praktik konfransın keçirilməsində məqsəd milli genafondun sağlamlığına nail olmaq, həkimlər arasında təcrübə mübadiləsi və pasientlərin maariflənməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31