Kadr islahatları yeni idarəetmə fəlsəfəsinin əsas elementlərindən biri olacaq

"Ötən həftə Prezident İlham Əliyev üç rayonunun icra hakimiyyətinə yeni başçılar təyin etdiyi zaman çox əhatəli çıxış etdi. Dövlət başçısı bütün məmurlara bir daha ciddi xəbərdarlıq etdi. İnanmaq istərdik ki, məmurlar Azərbaycan Prezidentinin çıxışından nəticə çıxaracaqlar". Bunu "Olaylar"a deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli bildirib ki,Ramiz Mehdiyev erası başa çatdıqdan sonra idarəetmə fəlsəfəsinin müsbət çalarlara və yeni dövrün tələblərinə uyğun dəyişməsi zərurətə çevrilib: "Azərbaycanda həyata keçirilən  srtuktur islahatlarının  hədəflərində yeni düşüncə tərzinin tətbiqi önəmli məsələdir. Bəzən bunu yeni ideyalar, yeni düşüncə islahatları, kadr  dəyişikliyi kimi qəbul olunur. Məhz bu tendensiya  korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli element ola bilər. Bütün hallarda düzgün kadr seçimi effektli nəticələr verir. Mənim qənaətimcə, vəzifəyə təyin olunan kadrlarda bir sıra keyfiyyətlərlə bərabər imanlı, intellektli və ən əsası dövlət tərbiyəsinə sahib olması amili nəzərə alınmalıdır. İmanlı. Intellektli və dövlət tərbiyəsinə sahib insan inanmıram ki, gedib  korrupsiyaya qurşansın, milləıtə, dövlətə xor baxsın.

Korrupsiya qarşı mübarizədə  inzibati cəza tədbirləri  çox zəruridir. Bəzi yüksək vəzifə tutan məmurların korrupsiya əməllərinə, qanunsuz hərəkətlərinə görə, həbsi  vəzifədə çalışan digərlərinə ciddi mesajdır.  Bu məqamı  Cənab Prezidentin çıxışlarında dəfələrlə qeyd edib. Yəqin bir çoxları ibrət dərsi götürüb öz fəaliyyətində dönüş yaradacaq. İbrət dərsi götürməyənlərin aqibəti bəlidir. Lakin inzibati cəza tədbirlərindən savayı digər mexanizmlər üzərində düşünmək lazımdır. Təbii ki,  belə mexanizmlər yetərincə var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31