Məişət zorakılığı ilə bağlı maarifləndirici tədbir keçirilib
21 Fevral 2022 12:12 SosialOmbudsmanın Cəlilabad Regional Mərkəzi Cəlilabad Tibb Kollecində "Məişət zorakılığına qarşı ictimaiyyət arasında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi" mövzusunda maarifləndirici tədbir keçirib. Tədbirdə Tibb Kollecinin müəllim heyəti və tələbələri iştirak ediblər. Ombudsman Aparatından "Olaylar"a bildirilib ki, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəriZiya İsmayılov tədbir iştirakçılarına Ombudsmanın məişət zorakılığının qarşısının alınması sahəsindəki fəaliyyəti ilə yanaşı eyni zamanda"Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanunu, müvafiq normativ hüquqi aktlar, Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı haqqında geniş məlumat verib. O, tədbirin yekununda iştirakçıların suallarını cavablandırıb.