Sumqayıt TKQ rəisinin saxlanılması xəbəri həqiqəti əks etdirmir - Aztelekom
19 Fevral 2022 21:59 Sosial"Aztelekom" MMC bildirir ki, Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanovun saxlanılması və ya həbs olunması barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir.
Olaylar.az xəbər verir ki, bu "Aztelekom" MMC-nin rəsmi "Facebook" səhifəsində yerləşdirilmiş paylaşımda qeyd olunur.
Bildirilir ki, hazırda audit planına uyğun olaraq "Aztelekom" MMC-nin Daxili audit şöbəsi tərəfindən Sumqayıt TKQ də daxil olmaqla müxtəlif tabeli qurumlarda audit yoxlamaları aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31