Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 569 vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2738, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1555, üç və daha çox doza vaksinlərin sayı 30 174, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 2102 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 756 794, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 283 131, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 773 574, üç və daha çox doza vaksinlərin sayı 2 508 085, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 192 004 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31