Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3690 yeni yoluxma faktı qeydə alınıb, 6963 nəfər müalicə olunaraq sağalıb.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 771 709 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 727 828 nəfər müalicə olunaraq sağalıb, 9211 nəfər vəfat edib, aktiv xəstə sayı 34 670 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 215, ötən müddət ərzində isə ümumilikdə 6 473 728 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31