Yeniyetmə qızın məcburi nişanlandırılması ilə bağlı görüntülər yayıldı: DİN-dən REAKSİYA - VİDEO
19 Fevral 2022 13:35 SosialAzərbaycanda yetkinlik yaşına çatmayan qızın nişanlandırılması ilə bağlı video yayılıb.
Videoya yazılan şərhlərdə bəzi insanlar həmin videonun Bərdə rayonunun Soğanverdi kəndində, bəziləri isə Gürcüstanda çəkildiyini iddia edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, həmin videonun Bərdə rayon Soğanverdi kəndində çəkilməsi ilə bağlı iddialar yoxlanılıb, təsdiqini tapmayıb.
Araşdırma davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31