Məhkəmə yolu bağlayan TIR sürücüləri ilə bağlı qərar verdi
18 Fevral 2022 18:59 SosialÖtən gün Bakıda etiraz məqsədilə Heydər Əliyev prospektini bağlayan yük maşını sürücüləri inzibati qaydada həbs edilib.
Olaylar.az xəbər verir ki, sürücülər Fəxrəddin Məlikov və Mirələm Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli biliniblər.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə hər iki sürücü inzibati qaydada 30 sutka həbs olunublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31