Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
18 Fevral 2022 18:44 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 214 vaksin vurulub.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3178, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1530, üç və daha çox doza vaksinlərin sayı 34 088, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 2418 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 720 225, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 280 393, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 772 019, üç və daha çox doza vaksinlərin sayı 2 477 911, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 189 902 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31