Bakıda yük maşınlarının yolu bağlamasına görə cinayət işi başlanıldı
17 Fevral 2022 20:04 SosialTIR sürücülərinin Bakının Heydər Əliyev prospektində yolu bağlaması faktı ilə bağlı cinayət işi başlanılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
Onun sözlərinə görə, fakta görə Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb: "Məsələyə hüquqi müstəvidə qiymət veriləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31