Türk Dünyası Mühəndislər və Memarlar Birliyi ilə EkoAvrasiya arasında əməkdaşlıq protokolu imzalandı

Türk dünyasında dildə, fikirdə, əməldə birlik ideyasının həyata keçirilməsi istiqamətində çox mühüm işlər görən Türk Dünyası Mühəndislər və Memarlar Birliyi (TDMMB) ilə Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya) arasında anlaşma protokolu imzalanıb. Bu barədə "OLAYLAR"-a məlumatı EkoAvrasiya İdarə Heyətinin rəhbəri Hikmət Eren verib. Hikmət Eren bildirib ki, anlaşma protokolu əsasında rəhbərlik etdiyi qurum Türk Dünyası Mühəndislər və Memarlar Birliyi ilə bərabər bu coğrafiyada mühəndislik mədəniyyət, incəsənət və təhsil sahələrində birgə fəaliyyət göstərib layihələr həyata keçirəcəklər.

Qeyd edək ki, protokolu Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin sədri, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Mücahit Dəmirtaş və EkoAvrasya İdarə Heyətinin sədri Hikmət Eren imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31