DİN-dən Tahir Kərimlinin ölümlə hədələnməsi ilə bağlı açıqlama - VİDEO
17 Fevral 2022 11:51 SosialDaxili İşlər Nazirliyi (DİN) Milli Məclisin deputatı Tahir Kərimlinin ölümlə hədələnməsi barədə iddialarına münasibət bildirilib.
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Olaylar.az-a açıqlamasında bildirib ki, millət vəkili Tahir Kərimli tərəfindən daxili işlər orqanlarına şikayət xarakterli müraciət daxil olmayıb.
Qeyd edək ki, Tahir Kərimli sosial şəbəkədə yaydığı videosunda ölümlə hədələndiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31