3 gün əvvəl itkin düşmüş kursant tapıldı

3 gün əvvəl itkin düşmüş Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı Hüseynli Vüsal Elşən oğlu tapılıb.

Olaylar.az bildirir ki, bu barədə mətbuata açıqlama verən kursantın atası Elşən Hüseynov məlumat verib.

E. Hüseynov bildirib ki, oğlu Vüsal Hüseynli bir neçə dəqiqə əvvəl hərbi polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yola düşüb.

Bundan sonra ondan xəbər olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31