Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb
16 Fevral 2022 20:44 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7148 yeni yoluxma faktı qeydə alınıb, 7387 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 759 753 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 703 952 nəfər müalicə olunaraq sağalıb, 9127 nəfər vəfat edib, aktiv xəstə sayı 46 674 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 346, ötən müddət ərzində isə ümumilikdə 6 432 504 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31