İstehlaka yararsız qida məhsulları məhv edilib

İstehlaka yararsız və istifadə müddəti bitən 1 575 kq dəniz məhsulları, konservlər və alkoqolsuz içkilər məhv edilib.
Bu barədə Olaylar.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, həmin məhsullar "Fenix Trade" MMC-nin Agentliyə müraciəti əsasında "Təhlükəli Tullantılar" MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda yararsız hala gətirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31