“Bunların hamısı boş söhbətdir” - Ramiz Mehdiyevdən AÇIQLAMA
15 Fevral 2022 20:47 SosialXəbər verdiyimiz kimi, fevralın 14-ü Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.
Mehdiyev istefa verməyinə baxmayaraq, bu gün işə gəlib.
Olaylar.az bildirir ki, Baku TV əməkdaşları Ramiz Mehdiyevin həqiqətən də istefa verib-vermədiyin elə özündən soruşub.
Ramiz Mehdiyev bildirib ki, o, dünən istefasını ictimaiyyətə açıqlayıb.
"Prezidentə müraciət etmişəm, sərəncam gələnə qədər işimi başında olacam", - deyə o qeyd edib.
Cəmiyyətdə onun haqqında səslənən fikirlərə də münasibət bildirən R.Mehdiyev qeyd edib ki, o, belə şeylərə fikir vermir:
"Bunların hamısı boş-boş söhbətlərdi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31