Vilayət Eyvazovdan yeni - TƏYİNAT
15 Fevral 2022 19:11 SosialSamux rayon Polis Şöbəsində yeni təyinat olub.
Olaylar.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Onun əmri ilə, polis polkovnik-leytenantı Ramil Səfərəliyev Samux rayon Polis Şöbəsinin rəisi təyin olunub.
Qeyd edək ki, Ramil Səfərəliyev daha əvvəl Kəpəz rayon Polis İdarəsinin əməliyyat üzrə rəis müavini vəzifəsindən çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31