Süni mayalanma xərclərini dövlət ödəyəcək
15 Fevral 2022 12:36 SosialAilələrə süni mayalanma ilə baglı dövlət hesabına bir dəfə şans veriləcək. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. Ə.Əmiraslanov parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın qaldırdıgı məsələyə toxunaraq, sonsuzluq probleminin icbari tibbi sığorta hesabına həll edilməsinə baxıldıgını bildirib. "Yaxın gələcəkdə sonsuzluq və onkoloji xəstəliklərin müalicəsinin tibbi sığorta hesabına həyata keçirilməsi nəzərdə tutulur", - deyə komitə sədri bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31