Deputat şəhid ailələrinin müraciətini parlamentdə səsləndirdi
15 Fevral 2022 12:19 Sosial"Azərbaycanda və dünyada sonsuzluq problemi artır. Bu ailələr müraciət edirlər ki, tibbin imkanlarından istifadə etmək istəyirik"."Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisdə "Tibbi sığorta haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı Mədəniyyət komitəsinin sədri Qənirə paşayeva deyib. O qeyd edib ki, sonsuzlugun həlli özəl klinikalarda baha qiymətə təklif edilir: "Mən təklif edirəm ki, icbari tibbi sıgorta çərçivəsində sonsuzlugun həlli həyata keçirilsin. Hər ailəyə ən azı bir dəfə övlad sahibi olmaq üçün dövlət hesabına şans verə bilərik. Bununla baglı mənə şəhid ailələri də müraciət etmişdi. Sonsuz ailələrə bununla baglı dəstək göstərilməsini vacib hesab edirəm. Dağılan ailələrin qarşısını ala bilərik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31