Deputat sınaq imtahanlarının qiymətindən gileyləndi
15 Fevral 2022 12:06 Sosial"Sınaq imtahanlarının qiyməti bahadır, məbləğ aşağı salınmalıdır"."Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin bu gün keçirilən plenar iclasında deyib. Deputat həmçinin bildirib ki, rayonlararası avtobuslarla bağlı da problemlər var: "Ən böyük problem isə sürücülərə tibbi xidmətin göstərilməsi köhnə qayda ilə aparılmasıdır. Sürücülərə tibbi xidmətlərin göstərilməsi müasir standartlara uyğun olaraq həyata keçirilməlidir. Mümkündürsə, dəmiryolu ilə sərnişindaşımaya da yenidən baxaq. Bu məsələnin həllini tapması yaxşı olardı".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31