ANAMA işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə ilə bağlı - AÇIQLAMA
14 Fevral 2022 18:45 SosialMinatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
Olaylar.az bildirir ki, qurumdan bildirilib ki, fevralın 7-dən 12-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 23, tank əleyhinə 11 mina və 43 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həftə ərzində 102,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31