Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 44 505 vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3438, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2165, buster doza üzrə vaksinasiya olunanların sayı isə 38 902 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 306 245, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 255 473, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 756 764, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 294 008 təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31