Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb
9 Fevral 2022 19:03 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7779 yeni yoluxma faktı qeydə alınıb, 6315 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 718 145 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 660 112 nəfər müalicə olunaraq sağalıb, 8948 nəfər vəfat edib, aktiv xəstə sayı 49 085 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 314, ötən müddət ərzində isə ümumilikdə 6 316 102 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31