Azərbaycanda əhalinin 47-48 faizi tam peyvəndlənib - infeksionist Təyyar Eyvazov
9 Fevral 2022 18:34 SosialƏhalinin 47-48 faizi tam peyvəndlənmə prosesində iştirak edib.
Olaylar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O qeyd edib ki, hər hansı bir ölkədə yüksək səviyyədə kollektiv immuniteti əldə edərək, həmin ölkədə yolxuma sayının olmayacağını düşünmək düzgün deyil.
"Çünki hər ölkədə gediş-gəliş, turist axını olur və virusa yoluxma yenidən meydana gəlir. Bu səbəbdən kollektiv immunitet dedikdə tək bir ölkəni yox, bütün dünyanı nəzərdə tutmalıyıq", - deyə o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31