Qənirə Paşayeva “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi” yubiley medalı ilə təltif olunub-FOTO

Olaylar.az xəbər verir ki,Millət vəkili,  Qənirə Paşayeva "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi " yubiley medalı ilə təltif olunub. Bu haqda o, öz facebook hesabında məlumat verib. Paylaşımda deyilir: "

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)" yubiley medalı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 27.12.2021-ci il tarixli 1532 saylı Fərmanı ilə yubiley medalı ilə təltif etmək səlahiyyətlərini Dövlət Gömrük Komitəsi daşıyır.

Millət vəkilinin təltif edilməsi barədə qərar qəbul edən Gömrük Komitəsinin

sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevə, Komitənin bütün əməkdaşlarına təşəkkür edir, ölkə iqtisadiyyatının çiçəklənməsi yolunda uğurlar diləyirik.

Özəlliklə vurğulamaq istərdik ki, ali dövlət rəhbərliyinin tövsiyyə və tapşırıqlarına uyğun olaraq, Gömrük Komitəsi şəhid ailələri üzvlərinin, qazilərimizin işlə təminatı sahəsində fəal mövqe tutan dövlət qurumlarımızdandır. Bu mövzuda Milli Məclisin

Mədəniyyət Komitəsinə edilən müraciətlər əsasında Dövlət Gömrük Komitəsinə ünvanlanan məktubların, demək olar, hamısı müsbət cavablandırilmışdır. Komitənin rəhbərliyinə belə nəcib, xeyirxah qərarlarına gorə bir daha təşəkkür edirik". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31