Fərqanə Qasımova yeni evlənən qızının ifasını paylaşdı - VİDEO
9 Fevral 2022 12:47 SosialXalq artisti Fərqanə Qasımova qızı ilə bağlı paylaşım edib.
Olaylar.az xəbər verir ki, sənətçi instaqram hesabında bir neçə gün əvvəl ailə həyatı quran övladı Fatimənin ifasını yayımlayıb.
Əməkdar artist paylaşımına "Xoşbəxt olun" sözünü yazaraq kürəkəni Ümidlə qızına xoş arzularını bildirib. Fərqanənin bu paylaşımı izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Xalq artisti Alim Qasımovun nəvəsi Fatimə digər Xalq artisti Natiq Şirinovun oğlu Ümidlə ailə həyatı qurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31