Xidmət mərkəzlərinə müraciətlərin 95 faizi elektron formada tərtib edilib
9 Fevral 2022 12:03 Sosial2021-ci ildən vergi ödəyicilərinə xidmət mərkəzlərində müraciətlərin qəbulu zamanı rəqəmsal əl imzasının tətbiqinə başlanılıb və nəticədə qəbul olunan müraciətlərin 94-95%-nin elektron formada tərtib olunması təmin edilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Olaylar"a bildirilib ki, sənəd dövriyyəsinin azaldılması nəticəsində göstərilən xidmətlərin müddətlərinin və inzibati xərclərin azaldılmasına (kağız təminatına, printerlərin yenilənməsinə, kartriclərin və boyanın alınmasına, printerlərin digər sıradan çıxan hissələrinin alınmasına çəkilən xərclər), ətraf mühitin qorunmasına (ağacların kəsimi) və pandemiya dövründə sənədlər vasitəsilə virusun (COVİD-19) yayılmasının qarşısının alınmasına əhəmiyyətli dərəcədə nail olunub.