9 fevral - Hirkan Milli Parkının yaranması günüdür
9 Fevral 2022 11:33 SosialHirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2004-cü ilin 9 fevral tarixində yaradılmışdır. Rkologiya və Təbii Sərvətlər Nazirliyindən "Olaylar"a bildirilib ki, Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılmasıdır.
Rast gəlinən bitki növləri: dəmirağac, şabalıdyarpaq palıd, vələs, fıstıq və s.
Rast gəlinən heyvan növləri: çöl donuzu, porsuq, yenot, canavar, tülkü, qaratoyuq, sığırçın və s.
Qırmızı kitaba daxil olan növlər: Bəbir, qonur ayı, vaşaq, zolaqlı kaftar, qara leylək, cırtdan qartalça, tirəndaz, Talış uzunbığı, Talış məxməri kəpənəyi, Hirkan şümşadı, Hirkan qovağı, Lənkəran gülxətmisi və s.